İsveçdə uğursuzluqlar muzeyi açıldı
08 avqust 2017 03:35 (UTC +04:00)

İsveçdə uğursuzluqlar muzeyi açıldı

İsveçin Helsingborg şəhərində bazarda uğursuzluğa düçar olan məhsullardan ibarət muzey açılıb.

 

Trend-in məlumatına görə, muzeydə texnologiya sahəsindən tutmuş qida sənayesinə qədər bir çox marka tərəfindən bazara çıxarılan, lakin uğursuz olan məhsullar sərgilənir.

 

Muzeyin kuratoru Samuel West hesab edir ki, bu gün bazara çıxarılan innovasiya layihələrinin 80-90 faizi uğursuz olur və muzey də bundan nəticə çıxarmağa imkan verir. Sərginin ziyarətçiləri arasında xeyli sayda böyük şirkətlərin olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar