<b>İstanbulun giriş-çıxışı bağlandı - <span style="color:red;">BÖYÜK ƏMƏLİYYAT </b>
06 iyun 2017 15:01 (UTC +04:00)

İstanbulun giriş-çıxışı bağlandı - BÖYÜK ƏMƏLİYYAT

0

 

Türkiyənin ən böyük şəhəri olan İstanbulda polis genişmiqyaslı əməliyyatlara başlayıb.

 

Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, "Kurtkapanı" adı verilmiş əməliyyata 5 min polis cəlb edilib. Artıq şəhərin bütün giriş-çıxış məntəqələrində polis postları və yoxlama nöqtələri təşkil edilib. Şəhərə daxil olan və çıxan bütün şübhəli nəqliyyat vasitələri, eləcə də gəmi və qayıqlar, hətta müxtəlif imkanlı şəxslərə məxsus lüks yaxtalar da ən xırda detallarına qədər yoxlanılır.

 

Quruda həyata keçirilən təhlükəsizlik tədbirlərinə havadan helikopterlər də dəstək verir.

 

Əməliyyata İstanbul şəhərinin Baş Polis İdarəsinin rəisi Mustafa Çalışkan rəhbərlik edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar