İsrail Qüdslə bağlı 10 ölkə ilə danışıqlar aparır
25 dekabr 2017 22:26 (UTC +04:00)

İsrail Qüdslə bağlı 10 ölkə ilə danışıqlar aparır

İsrail Yerusəlimin (Qüdsün) İsrailin paytaxtı kimi tanınması və səfirliklərin Tel-Əvivdən Yerusəlimə köçürülməsinə dair 10-dan çox ölkə ilə danışıqlar aparır.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İsrail xarici işlər nazirinin müavini Sipi Xotoveli bəyan edib.

 

“Mən təsdiqləyə bilərəm ki, söhbət 10-dan çox ölkədən gedir. Biz hər bir ölkə ilə ayrı-ayrılıqda işləyirik. Onların arasında Avropa ölkələri də var”, deyə S.Xotoveli qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar