İsrailin müdafiə ordusu fələstinli tacirdən alma oğurlayan komandiri xidmətdən uzaqlaşdırıb.
Lent.az-ın “oxu.az” istinadən məlumatına əsasən, bu barədə Silahlı Qüvvələrin mətbuat xidməti məlumat yayıb.
“Ordu bu cür hərəkəti məqbul saymır. Araşdırmalardan sonra komandir xidmətdən uzaqlaşdırılıb. O, cəzasını alıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hadisə ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə bağlı qərarından sonra dekabrın 9-da Hevron şəhərində baş qaldıran iğtişaşların yatırılması üzrə aparılan xüsusi əməliyyat zamanı baş verib. 84-cü piyada briqadası “Givati”nin dəstə komandiri rayonlardan birini yoxlayarkən, sahibinin qoyub qaçdığı piştaxtaya yaxınlaşaraq üç alma götürüb və əsgərlərinə ötürüb. Bütün bunlar şahidlər tərəfində videoya alınıb və sonra Twitter-də yerləşdirilib.