İspaniyadakı terrorçunun kimliyi bəlli oldu
17 avqust 2017 22:26 (UTC +04:00)

İspaniyadakı terrorçunun kimliyi bəlli oldu

İspaniyanın Barselona şəhərində yük maşınını piyadalın üzərinə sürən sürücünün kimliyi məlum olub.   

 

APA-nın “El País” nəşrinə istinadən verdiyi xəbərə görə, sürücünün Driss Oukabir adlı şəxs olduğu bildirilir. Polisin məlumatına görə, o, furqon tipli yük maşınını Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.

 

Qeyd edək ki, bu gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar