Suriya ordusu Deyr əz Zor əyalətinin azad olunmuş hissəsində İŞİD-ə məxsus anbarlarda ABŞ və Avropa ölkələrinin istehsalı olan xeyli sayda silah-sursat aşkarlayıb.
APA-nın SANA agentliyinə istinadən verdiyi xəbərə görə, silahlar əyalətin Əl Aşara, Sübeyhan və Salihiyə rayonlarında aşkarlanıb.
Qeyd edək ki, Suriya ordusu oktyabrda da Meyadin əyalətində İŞİD-in anbarlarında ABŞ, Belçika, Böyük Britaniya və digər ölkələrinin istehsalı olan xeyli sayda silah-sursat aşkarlamışdı.
Hərbçilər aşkarlanan silahların Pentaqonun müttəfiqlərə yardım proqramı çərçivəsində əldə olunduğunu iddia edirlər.