İŞİD terror qruplaşmasının rəhbərliyi “paytaxt”ın Rəqqadan Deyr-ez-Zora köçürülməsinə dair qərar qəbul edib. APA-nın xəbərinə görə, bu barədə “Fox news”a hərbi mənbələr bildirib.
Məlumata görə, qərar Rəqqaya hava hücumlarının çoxalması və Suriya ordusunun üç istiqamətdə şəhərə doğru hücuma keçməsi ilə əlaqədar qəbul edilib.
Məlumata görə, ABŞ-ın pilotsuz uçan aparatları son iki ay ərzində İŞİD-in yüzlərlə rəhbər şəxslərinin Rəqqa şəhərini tərk etməsini qeydə alıb.