İŞİD Palmiraya hücuma keçdi
09 dekabr 2016 02:32 (UTC +04:00)

İŞİD Palmiraya hücuma keçdi

0

Suriya ordusu İŞİD-in Palmira ətrafında qurulan blokpostlara hücumlarını dəf edib.

 

APA-nın SANA-ya istinadən verdiyi xəbərə görə, terrorçular şəhərin cənub-qərb hissəsinə yaxın xeyli qüvvə cəmləşdirərək “Cazal” və “Şaer” neft yataqlarını nəzarət altına almağa cəhd edirlər.

 

Döyüş zamanı xeyli silahlı məhv edilib. Bundan başqa, onlara məxsus dörd minalanmış avtomobil və iriçaplı pulemyotla təchiz edilmiş dörd “pikap” tipli maşın məhv edilib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar