İrəvanda iyulun 17-də silahlı qrup tərəfindən ələ keçirilmiş polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, polislər Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələblərinin əks olunduğu plakatları qopararaq, cırıblar.
Qeyd edək ki, bundan əvvəl silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib.