İrəvanda narkotik istehsalı laboratoriyası aşkarlandı
08 oktyabr 2017 03:31 (UTC +04:00)

İrəvanda narkotik istehsalı laboratoriyası aşkarlandı

Ermənistan polisi sentyabrın 25-də narkotik istifadəçisi olan 25 yaşlı İrəvan sakinində  xeyli miqdarda narkotik maddələr aşkarlayıb.  APA-nın erməni KİV-lərə istinadən verdiyi xəbərə görə, polisin son günlər ərzində apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin mənbəyi müəyyən edilib.  İstintaq narkotik vasitələrin istehsalı, emalı və satışı şəbəkəsini ifşa edib. Armavir şəhər sakininin evinə baxış zamanı narkotik istehsalı laboratoriyası aşkarlanıb. İstintaq tədbirləri davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar