İrəvan etirazçıları prezident sarayının yanında gecələyəcəklər
31 iyul 2016 00:31 (UTC +04:00)

İrəvan etirazçıları prezident sarayının yanında gecələyəcəklər

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyasının iştirakçıları Bağramyan prospektində qalmağı qərara alıblar.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar Bağramyan prospektində “qələbə çalanadək” qalacaqlarını vəd edirlər. Onlar bütün irəvanlıları aksiyaya qatılmağa çağırıblar.

 

Polis qüvvələri etirazçıların irəliləməsinə mane olmaq üçün Bağramyan prospektində yerləşən Konstitusiya Məhkəməsi, prezident administrasiyası və parlament binalarının yaxınlığında “canlı sədd” və “tikanlı” məftillərdən maneələr yaradıblar.       

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar