İraqda 12 dinc sakin partlayışın qurbanı oldu
05 noyabr 2016 02:14 (UTC +04:00)

İraqda 12 dinc sakin partlayışın qurbanı oldu

İraqın şimalında baş verən partlayış nəticəsində qadın və uşaqlar daxil olmaqla 12 nəfər ölüb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə İŞİD terror qruplaşmasının nəzarəti altında olan Havica şəhəri yaxınlığında baş verib.

 

Məlumata görə, şəhəri tərk edənləri daşıyan polis avtomobilində partlayış baş verib. Partlayışın səbəbləri məlum deyil. İlkin versiyaya görə, polis maşını terrorçuların yola yerləşdirdiyi minaya düşüb.

 

Qeyd edək ki, İraqın Kərkük əyalətində yerləşən Havica şəhəri 2014-cü ilin iyun ayından İŞİD-in nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Oxşar yazılar