İraq ordusu İŞİD-in Ənbar əyalətindəki mövqelərinə hücuma keçib
07 aprel 2015 21:41 (UTC +04:00)

İraq ordusu İŞİD-in Ənbar əyalətindəki mövqelərinə hücuma keçib

İraq ordusu İŞİD qruplaşmasınınin Ənbar əyalətindəki mövqelərinə doğru hücuma keçib. Bu barədə əyalətin polis idarəsinin nümayəndəsi bildirib.

 

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İraq Daxili İşlər Nazirliyinin zabiti ordunun Ənbar əyalətinin şərqində Əs-Səcariyə və Əl-Buqanim rayonlarına yiyələnmək məqsədi ilə hərbi əməliyyatlara başladığını deyib.

 

Mərkəzi komandanlıqdan verilən məlumata görə, İraq hökuməti əyalətin inzibati mərkəzi olan Ər-Ramadi şəhərində komendant saatı rejimi tətbiq edib. Bu rejim beynəlxalq koalisiya qüvvələrinin İŞİD mövqelərinə hava zərbələrinin endirildiyi vaxtla üst-üstə düşür.

 

Qeyd edək ki, Ənbar əyalətindəki əməliyyat İraq ordusunun indiyə qədər ölkə ərazisinin üçdə birini nəzarəti altında saxlayan İŞİD qruplaşmasına qarşı yeni kampaniyasıdır. İlk geniş miqyaslı hərbi əməliyyat isə Səlah-əd-Din əyalətinin paytaxtı Tikrit şəhərində aparılıb. Beynəlxalq koalisiyanın aviasiyasının dəstəklədiyi İraq ordusu Tikriti yalnız bir ay davam edən ağır döyüşlərdən sonra geri ala bilib .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar