İranın hərbi gəmisinin Xəzərdə qəzaya düşməsinin səbəbi bəlli oldu
11 yanvar 2018 20:42 (UTC +04:00)

İranın hərbi gəmisinin Xəzərdə qəzaya düşməsinin səbəbi bəlli oldu

İran Hərbi-Dəniz Qüvvələrinə məxsus “Damavand” gəmisinin Bəndər Ənzəli limanında inşa edilmiş  hüdudlayıcı dalğaqırana çırpılmasına səbəb texniki nasazlıq olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın limanlar və gəmiçilik idarəsinin sədri Hadı Haqşenas bildirib.   

 

Onun sözlərin görə, insident zamanı qayığın aşması nəticəsində ekipajın 2 üzvü xəsarət alıb.  

 

Bundan əvvəl gəminin qəzaya düşməsinə səbəb qeyri-sabit hava şəraiti olduğu bildirilmişdi.   

 

Bəzi yerli KİV-lər qəza zamanı 6 nəfərin dənizə düşdüyünü, onlardan 4 nəfərin xilas edildiyi, iki nəfərin isə itkin düşdüyü bildirir. Bundan başqa, qəza nəticəsində, ümumilikdə, 14 nəfərin xəsarət aldığı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar