İranın atom proqramı Tacikistanın da zərərinədir
30 yanvar 2013 20:13 (UTC +04:00)

İranın atom proqramı Tacikistanın da zərərinədir

İran illər uzunudur fars dilli saydığı Tacikistana iqtisadi, mədəni, sosial və başqa sahələrdə yardım edir.

 

Ancaq Tehranın iddialı  atom- nüvə proqramının bu ölkənin də iqtisadiyyatına mənfi təsir göstərməyə başlayıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, tətbiq edilən beynəlxalq sanksiyalar İranın Tacikistan iqtisadiyyatına birbaşa sərmayələrin önəmli dərəcə azalmasına da səbəb olacaq.

Bu haqda Tacikistanın Sərmayə üzrə Dövlət Komitəsi məlumat verib.

Ötən il İran bu ölkənin iqtisadiyyatına 26 milyon dollar sərmayə qoyub. Tacikistana sərmayəyə görə  Çin və Rusiyadan sonra İran  üçüncü yerdə olub.

 

Qurum bunu İranın Tacikstanda həyata keçirdiyi bir sıra iri layihələrin, o cümlədə  «Səngtudə-2» Su Elktirik Stansiyasının tikintisini başa çatdırması,eləcə də beynəlxalq sanksiyaların güclənməsi ilə əlaqələndirib.

Ötən il Tacikistan xaricdən 350 milyon dollarlıq birbaşa xarici sərmayə alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590
avatar

Oxşar yazılar