
İranda zəlzələ oldu
0
0
İranın Cənubi Xorasan əyalətinin Təbəs şəhərinin Eşqabad bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Məşhəd şəhərindən 317 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələnin episentri 21 kilometr dərinlikdə yerləşib.
Baş vermiş zəlzələ nəticəsində dağıntıların və zərər çəkənlərin olub-olmaması haqda məlumat verilməyib.
0
0