İranda terror qruplaşması zərərsizləşdirildi
14 may 2017 00:20 (UTC +04:00)

İranda terror qruplaşması zərərsizləşdirildi

0

İran xüsusi xidmət orqanları ölkə ərazisində hazırlanan terror aktının qarşısını alıblar, xüsusi əməliyyat zamanı külli miqdarda partlayıcı maddələr götürülüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Kəşfiyyat Nazirliyinin saytında bildirilir.  

 

“Xüsusi əməliyyat zamanı İnqilaba qarşı fəaliyyət göstərən və ölkə ərazisində partlayış  hazırlayan terror qruplaşmasının planları ifşa edilərək pozulub”, - deyə məlumatda bildirilir.  Əməliyyat zamanı xeyli miqdarda partlayıcı maddələr götürülüb

 

Bəyanatda əməliyyatın tarixi və keçirildiyi məkan barədə məlumat verilmir. Nazirlik həmçinin qruplaşmanın adını açıqlamayıb. Məlumatda qruplaşmanın xarici qüvvələrin xeyrinə casusluq etdiyi vurğulanır.   

 

Terror aktının qarşısının alınması barədə məlumat 19 may tarixində keçiriləcək prezident seçkilərinə bir neçə gün qalmış yayılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar