İranda qrip epidemiyası: 6 nəfər ölüb
15 yanvar 2013 20:50 (UTC +04:00)

İranda qrip epidemiyası: 6 nəfər ölüb

Hər il qışda insanları daha çox rahatsız edən əsas xəstəlik qripdir.

Lent.az-ın İSNA agentliyinə istinadən məlumatına görə, İranda da bu virusa yoluxma  bir çox əyalətlədə insanların həyatı üçün təhlükə yaradıb.

Mənbənin bildirdiyinə görə, indiyədək 300-dən çox insanda bu virus aşkarlanıb. Onların 6-sı qripdən vəfat edib. Bu barədə İranın Səhiyyə Nazirliyinin Xəstəliklərin İdarəedilməsi İdarəsinin rəisi Məhəmmədmehdi Quya açıqlama verib.

 

O, əlavə edib ki, hazırda Tehran, Əlborz, Qərbi Azərbaycan,  Mazandaran, Qum, Zəncan və Qəzvin əyalətlərində qripə yoluxma halları geniş yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716
avatar

Oxşar yazılar