İranda prezidentliyə namizədlər debatlar keçirəcək
25 aprel 2017 20:04 (UTC +04:00)

İranda prezidentliyə namizədlər debatlar keçirəcək

Aprelin 28-də İranda prezidentliyə namizədlər arasında ilk teledebat keçiriləcək. APA-nın Tehran bürosunun məlumatına görə, ilk teledebat cümə günü yerli vaxtla saat 16:00-da iqtisadi və ictimai məsələlərə həsr olunacaq.

 

Teledebatda prezidentliyə namizədlər üç saat ərzində ictimai və iqtisadi proqramlarına dair debatlar aparacaqlar.  Teledebatlar İranın “Birinci” və “Xəbər” telekanalları ilə canlı yayımlanacaq.

 

Növbəti teledebatlar isə mayın 5-də və  12-də  siyasi və iqtisadi məsələlərə həsr olunacaq.

 

Ümumilikdə prezidentliyə namizədlərin hər birinə televiziya və radio vasitəsilə təbliğat aparmaq  və proqramlarını açıqlamaq üçün  1000 dəqiqə vaxt ayrılıb.

 

Prezident Həsən Ruhaninin də ilk teledebatda iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək. Səsvermə İranla yanaşı dünyanın 102 ölkəsində təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar