İranda qatar toqquşması: azı 10 nəfər ölüb, çoxlu yaralı var
İranın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 10 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, qəzaya uğrayan sərnişin qatarı Məşhəddən Tehrana hərəkət edirmiş. Mənbə qatarda 340 sərnişin olduğunuu bildirib.
Yerli KİV-in məlumatına görə, ölən və yaralıların sayı xeyli arta bilər.
Olayın baş vermə səbəbləri araşdırılır.