İranda bu sosial şəbəkənin yaradıcısına qarşı cinayət işi başlanıldı
27 sentyabr 2017 07:14 (UTC +04:00)

İranda bu sosial şəbəkənin yaradıcısına qarşı cinayət işi başlanıldı

0

İranda “Telegram” messencerinin yaradıcısı Pavel Durova qarşı cinayət işi başlayıb. APA-nın ISNA agentliyinə istinadən verdiyi xəbərə görə, Tehran prokuroru Abbas Cəfəri bildirib ki, “Telegram” messencerinin İŞİD üzvləri arasında geniş istifadə olunması cinayət işinin başlanmasına səbəb olub. Bu sosial şəbəkədən cinayətlərin təşkili zamanı da geniş istifadə edildiyi qeyd olunur.   

 

““Telegram” şəbəkəsi yalnız  terrorçulara xidmətlər göstərir, o, həmçinin, narkotiklərin qaçaqmalçılığı və insan alverində də xidmətlər göstərir”, deyə baş prokuror bildirib.  

 

Pavel Durov ona qarşı cinayət işinin başqa səbəblərdən başlandığını bildirib: “Biz, əksinə, İranda terrorçuları və pornoqrafik kontentləri fəal şəkildə bloklayırıq. Düşünürəm real səbəblər başqadır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar