İranda azı 700 nəfər göbələkdən zəhərləndi, ölənlər var
19 may 2018 20:13 (UTC +04:00)

İranda azı 700 nəfər göbələkdən zəhərləndi, ölənlər var

0

İranın Kermanşah, Kürdüstan, Lurestan, Zencan, Qərbi Azərbaycan və Qəzvin əyalətlərində 721 nəfər göbələkdən zəhərlənib.

 

Trend-in məlumatına görə, zəhərlənənlərdən 9-u ölüb, 50 nəfər ağır vəziyyətdədir. Onlardan bəzilərinə təcili qaraciyər köçürülməsi tələb olunur.

 

Yasudja Tibb Elmləri Universiteti bildirir ki, göbələklərin xarici görünüşü və dadı yeməli olan göbələklərdən fərqlənmir. Onların zəhərli olduğunu yalnız laborator eksperimentlər nəticəsində müəyyən etmək mümkündü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar