[b]İrandakı terror nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB[/b]
07 iyun 2017 15:17 (UTC +04:00)

[b]İrandakı terror nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB[/b]

0

 

Bu gün İran paytaxtında baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı açıqlanıb. 

 
APA-nın Tehran bürosunun xəbərinə görə, hadisələr zamanı 12 nəfər ölüb, 39 nəfər yaralanıb.
 
Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub.

 

 

 

15:05

 

 

İran parlamentində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb. 

 

APA-nın İran bürosunun xəbərinə görə, Milli Məclisə hücum edən 4 silahlının hamısı məhv edilib.  

 

Hazırda binada axtarış aparılır.

 

Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri ƏLi Laricini hadisə yerinə baxış keçirib.

 

**

12:13

 

İran parlamentində silahlı hücum zamanı 7 nəfər öldürülüb.

 

Lent.az-ın tasnimnews.com-a istinadən məlumatına görə, bu barədə parlament mənbələrindən bildirilib. 4 nəfər isə əsir götürülüb. Hadisənin İŞİD terror təşkilatı tərəfindən törədildiyi deyilir. Terrorçulardan biri isə qadın olub.

 

***

 

12:05

 

İranda Milli Məclis və İmam Xomeyni türbəsinə silahlı hücumları İŞİD terror təşkilatı törədib.

 

APA-nın xəbərinə görə, bu barədə İranın “Fars” Xəbər Agentliyi məlumat yayıb. Agentliyin açıqlamasında İŞİD-in hücumlara görə məsuliyyəti üzərinə götürdüyü bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar