İran Rusiyadan gələn turistlər üçün viza rejimini birtərəfli qaydada ləğv edə bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Rusiyadakı səfiri Mehdi Sənai bildirib.
“Bu ciddi təklifdir. Biz onu müzakirə edəcəyik və mütləq dəstəkləyəcəyik”, deyə səfir jurnalistlərə bildirib.