İran Hörmüz boğazında təlimlərə başlayır
28 dekabr 2012 18:23 (UTC +04:00)

İran Hörmüz boğazında təlimlərə başlayır

İran Hörmüz boğazında hərbi təlimə başlayıb. Lent.az-ın verdiyi məlumata görə, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

 

İran Hərbi Dəniz Qüvvələrinin manevrində əsas məqsəd dünya bazarlarına çıxarılan neftin 1/3-nin daşındığı strateji əhəmiyyətə malik Hörmüz boğazının bağlanması əməliyyatının hazırlanmasıdır. 6 gün davam edəcək “Vəlayət-91” hərbi təlimi, yarım milyon kvadrat kilometr sahəni əhatə edir. Hərbi manevrlər Oman körfəzi, Hörmüz boğazı, Hind okeanının şimal hissəsi, Ədən körfəzi və Bab-əl-Mandəb boğazında keçirilir. Hərbi təlimdə döyüş gəmiləri, sualtı qayıqlar, minaaxtaran gəmilər, katerlər, o cümlədən hərbi aviasiya iştirak edir.

 

Bu arada ABŞ-ın Ərəb dənizində növbədə olan “Con Stennis” aviadaşıyıcısı “Mobayl bey” raket kreyserinin müşayiəti ilə Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub. Hazırda “Con Stennis” aviadaşıyıcısı Birləşmiş Ərəb Əmirliklərinin Cebel-Əli portunda lövbər salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar