İran ABŞ-ı əməkdaşlığa dəvət etdi
12 sentyabr 2014 19:15 (UTC +04:00)

İran ABŞ-ı əməkdaşlığa dəvət etdi

İran prezidenti Həsən Ruhani ABŞ-a “İslam dövləti” qruplaşmasına qarşı mübarizəni əlaqəli şəkildə aparmağı təklif edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Ruhani ABŞ-ın havadan zərbə üsulunu səmərəsiz hesab etdiyini deyib. İran dövlət başçısı eyni zamanda Vaşinqtonu vaxtilə radikal islamçıları dəstəkləməkdə ittiham edib: “Tehran dəfələrlə xəbərdarlıq etmişdi ki, radikal dini təşkilatlar təhlükə daşıyır. ABŞ və dünya ictimaiyyəti vaxtilə radikalları dəstəkləyiblər, onları müxalifət kimi qələmə verərək silahlandırıblar. İndi bu silahları radikallar onları silahlandırana qarşı yönəldiblər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar