İordaniyanın paytaxtı Əmmanda hərbi aviabazanın mühafizəçiləri ilə atışmada 3 ABŞ hərbi qulluqçusu ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat verib.
“İordaniyada hərbi baza yaxınlığında baş verən atışma nəticəsində 1 hərbçi hadisə yerində, digər 2-si isə daha sonra aldığı yaralardan ölüb”, məlumatda deyilir.
İnsidentin təfərrüatları barədə məlumat verilmir. İordaniya mətbuatının yazdığına görə, postda ABŞ əsgərlərinin avtomobili saxlamamasına görə, yerli əsgərlər onlara atəş açıb.