İnternetdən asılılıq infarkta gətirib çıxardır
27 dekabr 2015 05:52 (UTC +04:00)

İnternetdən asılılıq infarkta gətirib çıxardır

Britaniyanın Suonsi Universitetinin və Milan Universitetinin alimləri maraqlı tədqiqat aparıblar. Onlar sübut ediblər ki, internet-asılılıq insan orqanizminin immunitetini məhv edir.

 

AZƏRTAC “newsland.com” saytına istinadla xəbər verir ki, tədqiqatçılar yaşı 18-dən çox olan 500 nəfərdən ibarət fokus qrupunu sorğu-sual ediblər. Onların azı 40 faizi orta və ya ağır dərəcəli internet- asılılıqdan əziyyət çəkirmiş. Bir neçə maraqlı qanunauyğunluq üzə çıxıb. Əvvələn, şəbəkədən asılı olan insanların 30 faizi soyuqdəymədən və qripdən daha çox əziyyət çəkir. İkincisi, internetdən asılı olan istifadəçilər, məsələn, şəbəkə işləməyəndə çox narahat və stressə qarşı davamsız olurlar. Alimlər hesab edirlər ki, şəbəkəyə qoşulandan sonra gərginliyin azalması orqanizmdə kortizolun səviyyəsini güclü surətdə dəyişir. İmmun sisteminin qoruyucu funksiyalarını xeyli dərəcədə kortizol müəyyən edir.

 

Bundan əlavə, internet fanatları başqa adamlarla nadir hallarda canlı ünsiyyət qurur və deməli, özlərini mikrobların təsirindən qoruyurlar. Belə təcrid də immuniteti sarsıdır.

 

Əlavə etmək olar ki, internetdən asılı istifadəçilər doyunca yatmır, daha çox siqaret çəkir, spirtli içki içir, idmanla məşğul olmurlar.

 

Alimlər xəbər verirlər ki, tədqiqat iştirakçılarının çoxu internetdən orta hesabla gündə altı saat istifadə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38