İngiltərədə gənc bir qadın istifadə olunmuş döş implantlarını 500 sterlinqə satışa çıxarıb.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, adı açıqlanmayan qadın yeni bir silikon taxdırdığı üçün köhnəsindən bu cür istifadə etməyə çalışıb. İngiltərənin Surrey bölgəsində, e-bayda sinə implantını satışa çıxaran 25 yaşlı qadın bir neçə günün içində internetdə fenomen olub. İlk olaraq 18-ci ad günündə döşlərinə silikon taxdıran qadın 25 yaşına çatanda silikonlarını yeniləmək istədiyini deyir. Köhnəni isə kiminsə dəyərləndirə biləcəyini iddia edib. O, mediaya açıqlamasında “lütfən başqa sual verməyin. Mənə aid olan bir şeydən bir az pul qazanacam. Burda nə var ki?” deyib.
Elanda qadın müxtəlif şəkillərini paylaşaraq silikonları üçün modellik edib. Amma mütəxəssislər iddia edir ki, nə olursa-olsun istifadə olunmuş bir implantın təkrar istifadəsi sağlamlıq problemlərinə səbəb ola bilər.