İngiltərə və Uelsin ikinci dili polyakcadır
31 yanvar 2013 06:25 (UTC +04:00)

İngiltərə və Uelsin ikinci dili polyakcadır

2011-ci ildə Britaniyada keçirilmiş sonuncu siyahıyaalmaya əsasən, İngiltərə və Uelsdə əhalinin danışdığı ikinci dil polyak dili olub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Milli Statistika Xidməti bildirib ki,yarım milyon insan «əsas dili» polyakcanı sayıb.

 

Mütəxəssislər bunu Şərqi Avropadan Britaniyaya mühacir axınını çoxluğu ilə əlaqələndirirlər. Son 10 ildə bu bölgənin Avropa Birliyinə daxil olması nəticəsində Britaniya adalarına bir milyona yaxın mühacirə gedib.

 

Rəyi soruşulanların 8 faizi ingilis dilini özünün əsas dili olmadığını söyləyib.Bu göstərici Londonda 22 faiz olub. 140 min insan isə ingilis dilini bilmədiyini etiraf edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804
avatar

Oxşar yazılar