Britaniyanın “HSBC Holdings” banklar qrupu “BP”-yə Rusiyanın “Rosneft” şirkətinin neft və neft məhsullarını almaq üçün kredit sövdələşməsindən çıxdığını elan edib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, “BP”-yə 1,5 – 2 milyard dollar kreditin verilməsinin təşkili üçün “Lloyds”, Almaniyanın “Deutsche Bank”, “HSBC” və Çinin “Bank of China”-ya səlahiyyət verilmişdi.
Xatırladaq ki, Britaniyanın “Lloyds” bankı da Rusiyanın “Rosneft” şirkəti ilə sövdələşməyə kredit ayırmaqdan imtina edib.
Bu ilin fevralında “Rosneft” Britaniyanın “BP” şirkəti ilə 273 milyon dollarlıq neft və neft məhsulunun tədarükü haqda sövdələşməni təsdiqləmişdi.
Ötən ilin dekabrında isə “Rosneft”-in Direktorlar Şurası “BP” -yə 2,2 milyard dollarlıq neft və neft məhsulu tədarük edilməsi haqda qərar qəbul etmişdi.