İndoneziya prezidenti Susilo Bambanq Yudhoyono mineral filizlərin ixrac edilməsini yasaqlayan qanunu imzalayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, tənqidçiləri qanunun ilkin variantında prezidentə qarşı çıxır, bunun ölkə iqtisadiyyatına ziyan vuracağını və işsizliyin sayının artacağını bildirirdilər. Çünki dövlət başçısı müəyyən mineralların, o cümlədən qarışıqların ixracını bütövlükdə qadağan etmək istəyirmiş.
Qanunun yeni variantında qarışıq filizlərin üç il ərzində ixracına icazə verilir.
Bu qanunu qəbul etməklə hakimiyyət yerli emal sənayesini inkişaf etdirmək və onu canlandırmaq niyyətindədir.
Hazırda mineral filizlərin ixracından dövlət büdcəsinə 5 faiz qazanc gəlir.