İndoneziyada gəmi batdı: 16 itkin
06 dekabr 2016 06:36 (UTC +04:00)

İndoneziyada gəmi batdı: 16 itkin

0

İndoneziya sahillərində göyərtəsində 16 nəfər olan gəmi batıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident  Madura adası yaxınlığında baş verib.

 

Gəminin qəzaya düşməsinin səbəbləri hələ ki, məlum deyil. Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam etsə də, mal-qara daşıyan gəminin ekipaj üzvlərindən tapılanı yoxdur.

 

Bu, son günlərdə İndoneziyada baş verən sayca ikinci gəmi qəzasıdır. Dekabrın 4-də balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 4 nəfər itkin düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar