Honduras prezidenti Xuan Orlando Ernandesin bacısı İlda Ernandes daxil olmaqla 6 nəfər helikopterin qəzaya uğraması nəticəsində ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, “AS305 Ecuriuel” tipli hərbi helikopterin göyərtəsində altı şəxs olub, onların hamısı qəza nəticəsində ölüb.
Qəza Fransisko Morasan departamentində baş verib.
Qəzanın səbəbləri araşdırılır.
Orlando Ernandesin “Twitter” mikrobloqunda faciə ilə əlaqədar qara lent şəklini dərc etdiyi bildirilir.