Hindistan Rusiyadan aldığı sualtı qayıqlarda yoxlama aparır
20 avqust 2013 04:09 (UTC +04:00)

Hindistan Rusiyadan aldığı sualtı qayıqlarda yoxlama aparır

 

Hindistanın Hərbi Dəniz Qüvvələri ötən həftə Rusiya istehsalı olan «Sindhurakşak» sualtı qayığında baş verən facidən sonra bütün hərbi sualtı gəmilərdə yoxlama aparmağa başlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, araşdırma aparan özəl komissiya bildirib ki, qəza silahların saxlanılması qaydasına düzgün əməl edilməmsi üzündən baş verib.

 

Su üzünə 6 dənizçinin cəsədi çıxıb. Xilasedicilər heyət üzvlərindən sağ qalmasına inanmır.

 

Bu sualtı qayıq Dehlinin Moskvadan 877 «Paltus» layihəsi çərçivəsində 1986-2000-ci illərdə alınmış on qayıqdan biridir. Orada «Kalibr» tipli qanadalı raketlərlə birlikdə «Club-S» silahı da quraşdırılıb.

 

Xatırladaq ki, Rusiyada tikilmiş Hindistan Hərbi Dəniz Donanmasına məxsus «Sindurakşak» sualtı qayığı istehsal olunduğu ölkədən təmir və modernləşdirmədən qayıtdıqdan sonra avqustun 14-də yanğın nəticəsində batıb.

 

Mumbaidəki hərbi limanda dayanarkən qayığının göyərtəsində güclü partlayış və yanğın baş verib. Partlayışda 3 nəfər həlak olub. Bir neçə saatdan sonra yanğın söndürülsə də qayıq batıb.

 

Hindistan Hərbi Dəniz Donanmasının baş komandanı admiral D.K.Coşi bildirib ki, sualtı qayğını göyərtəsindəki 18 dənizçi həlak olub.

 

«Sindurakşak» ilə yanaşı duran «Sinduratna»-nı olay yerindən uzaqlaşdırılıb. Bununla belə o da zədələnib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar