Rusiya və Gürcüstan arasındakı hərbi yol sel nəticəsində bağlayıb. Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, Qveleti rayonu ərazisindəki Rusiya-Gürcüstan "DTV" sərhəd məntəqəsində baş vermiş sel özü ilə xeyli palçıq gətirib və yolu yuyub aparıb.
Terek çayının daşaraq Şimali Osetiyanın kəndlərini basması böyük təhlükə yaradıb. Osetiyanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri artıq ərazidədir və profilaktik tədbirlər həyata keçirir. Şimali Osetiya-Alaniya Respublikası və Rusiya FHN-ləri fövqəladə hal baş verərsə, tam hazır vəziyyətdə gözləyirlər.