İranda 2012-ci ilin mart ayından dekabradək polis hər gün orta hesabla 1286 kiloqram narkotik maddə ələ keçirib, narkotiklə əlaqədar 200 min nəfər yaxalayıb.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın narkomaniyaya qarşı mübarizə aparan polis idarəsinin rəisi Sərdar Mobedi açıqlama verib.
O bildirib ki, polis 9 ay ərzində hər saatda 53 kiloqram narkotik maddə ələ keçirib: “Eləcə də hər saatda təxminən 30 nəfər narkotik satan və aludəçisi həbs edilib. Ötən ilin mart ayından dekabradək polis qüvvələrimiz hər gün narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan 6 dəstə yaxalayıb. Bu müddət ərzində ən çox qaçaqmalçı Hörmüzgan və Sistan-Bəluçistan vilayətində həbs edilib”.