Bir neçə gün öncə Çinin Yunnan əyalətində baş vermiş torpaq sürüşməsi hadisəsi bir kəndi yer üzündən silib. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hazırda əyalətin Zhenxionq kəndində axtarış-xilasetmə işləri davam etdirilir. Hüquq-mühafizə orqanlarından verilən açıqlamada qeyd olunur ki, hələ də torpaq altından cəsədlər çıxarılır və ölənlərin sayı 50-yə çatıb. 16 ailənin isə tamamilə torpaq altında qaldığı bildirilir və buna səbəb kimi evlərin kərpicdən olması göstərilir.
Qeyd edək ki, dövlət ölənlərin ailələrinə 3200 manat təzminat verəcək.