Həbsdən çıxan ərdəbilli bəhai əyalətdən qovulub
20 avqust 2013 07:32 (UTC +04:00)

Həbsdən çıxan ərdəbilli bəhai əyalətdən qovulub

İnsan haqları qruplarının yaydığı məlumata görə, Güney Azərbaycanının bəhai azlığına mənsub  Ramin Aydalxani əvvəllərdə məhkum edildiyi üçün bir illik həbs müddətini bitirdikdən sonra polis əməkdaşları tərəfindən Ərdəbilin xaricinə çıxarılaraq, əyalətdən qovulub.

 

Lent.az-ın «Amerikanın səsi»nə istinadən məlumatına görə, bəhai vətəndaşın doğma şəhərinin yerləşdiyi Ərdəbil əyalətinə geri dönməsinə məhkəmə tərəfindən beş illik yasaq qoyulduğu bildirilib.

«Həyat yoldaşı və iki uşağı ilə birlikdə, Parsapad şəhərində yaşayan Ramin Aydalxani bir il öncə İnqilab Məhkəməsi tərəfindən “bəhailiyi yaymaq” və “İran rəhbərini alçaltmaq” ittihamları ilə iki il həbs və beş il sürgündə yaşamağa (nəfyi-bələd/təhcir) məhkum edilmişdi. Həbsinin bir ili bitdikdən sonra  avqustun 15-də şərti olaraq azadlığa buraxılan cənab Aydalxani eyni gündə Ərdəbil vilayətindən çıxarılıb» - deyə, «HRA news» xəbər agentliyi qeyd edib.

İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyi (ADAPP) və bəzi digər hüquq müdafiə qruplarının yaydığı bəyanata görə, Güney Azərbaycanda yaşayan dini azlıqlar o cümlədən ələvi, sünni, xristian və bahai türklər, eləcə də qadınlar  ikiqat ayrı-seçkiliyə məruz qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785
avatar

Oxşar yazılar