Hakim partiya mitinqləri təxirə salmadı
13 iyun 2013 06:30 (UTC +04:00)

Hakim partiya mitinqləri təxirə salmadı

Türkiyə mili təhsil naziri Nəbi Avci imtahanlarla bağlı AK Partiyanın mitinqlərinin təxirə salınmasına aydınlıq gətirib.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə,nazir bunları söyləyib: «Biz imtahanların olacağı saatı AK Partiyaya bildirdik. Mitinqin saatları da ona görə müəyyənləşib. Şənbə günü imtahanlar saat 10.00-da başlayır,12.15-da bitir. Ankarada isə mitinq saat 17.00-da keçiriləcək. Ona görə imtahanla bağlı mitinqin təxirə salınmasında məsuliyyət görmürəm».

Bazar günü isə iki imtahan var. Onlardan biri səhər, o biri isə nahardan sonra keçiriləcək.

 

İstanbuldakı mitinq isə 17.30-da başlayır» - deyə, nazir bildirib.

 

 

# 1549
avatar

Oxşar yazılar