Gürcüstanda yüksək rütbəli polis zabitləri həbs edilib.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, həbs olunanlar kriminal polisin keçmiş rəis müavini İrakli Pirtskhalava və iki keçmiş polis zabitidir.
Həbs olunan keçmiş zabitlər 2006-cı ildə Tbilisidə polisin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülən Zurab Vazaqaşvilinin qətlində şübhəli bilinirlər.
Polislərin cəzalandırılmasını tələb edən Zurabın atası Yuri Vazaqaşvili isə yanvarın 20-də oğlunun məzarını ziyarət edərkən törədilən partlayışda ölüb.
Bu hadisə ilə əlaqədar artıq 11 nəfər saxlanıb.
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze bu hadisəyə görə istefa verib