Gürcüstanda neft çəni partlayıb, yanğın olub
25 sentyabr 2017 19:20 (UTC +04:00)

Gürcüstanda neft çəni partlayıb, yanğın olub

0

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda güclü yanğın olub. APA-nın yerli bürosunun məlumatına əsasən, hadisə rayonun Candar massivi ərazisində yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğına neft çənlərində baş vermiş partlayış səbəb olub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar