Gürcüstanda İŞİD liderinin qohumu tutuldu
15 iyun 2015 05:28 (UTC +04:00)

Gürcüstanda İŞİD liderinin qohumu tutuldu

0

Gürcüstan Daxili İşlər Nazirliyi Pankisi dərəsində xüsusi əməliyyat keçirib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin açıqlamasında bildirilir.

 

Məlumata görə, Pankisi dərəsində yaşayan yerli sakinlərin Suriyaya göndərilməsində əli olan  5 nəfər həbs olunub.

 

"Rustavi 2" televiziyası xəbər verib ki, əməliyyat nəticəsində İŞİD liderlərindən biri olan Tarxan Batirşvilinin yaxın qohumu və  İŞİD-in Gürcüstandakı nümayəndəsi adlandırılan Qayoz Borçaşvili saxlanılıb.

 

Pankisidən başqa, Tiflisdə də xüsusi əməliyyatın keçirildiyi bildirilir. Gürcüstanın daxili işlər nazirinin əməliyyatla bağlı geniş açıqlaması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar