Fransada terrorla əlaqəli  3 nəfər axtarılır
07 may 2017 05:58 (UTC +04:00)

Fransada terrorla əlaqəli 3 nəfər axtarılır

0

Fransada prezident seçkiləri ərəfəsində terror aktı hazırlamaqda şübhəli bilinən 3 şəxs barəsində axtarış elan edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun nümayəndəsi bildirib.

 

“Mayın 6-da Fransa ərazisində terror aktı hazırlamaqda şübhəli bilinən 3 şəxsin əlamətləri polis əməkdaşları arasında və sosial şəbəkələrdə yayılıb”, - deyə mənbə bildirib.

 

Onun sözlərinə görə, söhbət Belçika vətəndaşları Bilal əl Markori və Tarik Cadaun, habelə Əfqanıstan vətəndaşı Zabitulla Sərvaridən gedir.

 

Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar