Fransa polisi terror aktı hazırlamaqda şübhəli bilinən 5 şəxsi saxlayıb.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, saxlanılanların bir neçə gün əvvəl prezident seçkilərinin yekun mərhələsində terror aktı hazırlamaqda şübhəli bilinən Mahiddin Merabe və Kleman Borla əlaqəli olduğu bildirilir. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Mahiddin Merabe və Kleman Borun üzərindən bir neçə odlu silah, 3 kq-dən çox partlayıcı qurğu aşkarlanıb. Onların üzərindən həmçinin prezidentliyə namizəd Fransua Fiyonun şəkli də aşkarlanıb.