Fransanın Marsel şəhəri ətrafındakı «Baumettes» həbsxanasında məhbus müəssisənin rəisini girov götürüb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Tribune de Geneve» qəzeti xəbər yayıb.
35 yaşlı dustaq metal çubuqla rəisi girov götürüb. Onunla danışıqlar getsə də, məhbusun tələbləri açıqlanmayıb.
Həmin həbsxana 1300 məhbus üçün nəzərdə tutulsa da, orada 1800 dustaq saxlanılır.