Fransanın Ruan şəhərində 300-dən çox şagird məktəb yeməkxanasında nahar etdikdən sonra zəhərlənib.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident 50-dək təhsil müəssisəsini əhatə edib. Qida məhsullarının 41 məktəb və 6 uşaq bağçasına eyni kombinatdan tədarük olunduğu məlum olub.
Səhhətində problemlər yaranan uşaqların bir hissəsinə yerindəcə tibbi yardım göstərilib, qalanları isə xəstəxanalara çatdırılıblar. Onların həyatının təhlükədə olmadığı bildirilir.