Fransa prezidenti Fransua Olland rəfiqəsi Jüle Qaye ilə evlənəcəkləri barədə yayılan xəbərləri təkzib edib.
Lent.az-ın «Rosbalt»-a istinadən məlumatına görə, “Erop-1” radiostansiyasının efirindən o, bildirib: «Bu, mənim doğum günümlə bağlı tədbirdən başqa bir nəsnə deyil. Hədiyyə verə bilərsiniz. Hədiyyəni başqa səbəblə gətirməyə ehityac yoxdur”.
Mənbə xatırladıb ki, bu günlərdə Fransada çıxan “Le Parisien” qəzeti Ollandın Qaye ilə avqustun 12-də, 60 yaşı tamam olan gün evlənəcəyini yazıb.