İstanbul Prokurorluğunun FETÖ təşkilatının media qolu ilə bağlı başlatdığı istintaq çərçivəsində 35 mətbuat nümayəndəsi haqqında saxlanma qərarı seçilib.
Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, siyahıda adı yer alan qəzet işçiləri “bylock istifadəçisi” iddiası ilə saxlanılıblar.
Həmin şəxslər arasında “Birgün" qəzetinin redaktorlarından Burak Ekici də var. Saxlanılan şəxslərin evlərində araşdırmalar aparılır.