Ukraynanın məşhur feminst qadın təşkilatı olan FEMEN-in yaradıcı Oksana Şaçko intihar edib. Lent.az xəbər verir ki, onun meyiti Parisda yaşadığı mənzildə aşkarlanıb. Çılpaq şəkildə keçidriyi aksiyalarla məşhurlaşan aktivistin rəfiqəsi İnna Şevçenko hərakatın yaradıcılarından olan Oksana Şaçkonun intihar etdiyini təsdiqləyib. Son bir ildə 2 dəfə intihara cəhd edən Şaçkonun qısa məktubu da tapılıb. O yazıb: "hamınız saxtasınız".
Qeyd edək ki, FEMEN təşkilatı 2008-də Ukraynada yaradılıb və 2012-ci ildə Fransada qeydiyyatdan keçirilib.